Bloomberg laboratoriyası

Bloomberg laboratoriyası UNEC-in Elmi Şurasının 14 fevral 2022-ci il tarixli iclasının 182 №-li qərarına əsasən yaradılıb. Laboratoriya UNEC-in Ömürboyu Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərir.

Bloomberg Qafqazda ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq çərçivəsində öz terminallarını UNEC-in tələbə və əməkdaşları üçün əlçatan edib. UNEC Bloomberg laboratoriyası regionda ilk və yeganə laboratoriyadır və 12 terminaldan ibarətdir.

UNEC-in tələbələri və əməkdaşları burada Bloomberg Market Concepts (BMC) adlı beynəlxalq sertifikatı ödənişsiz əldə edə bilirlər. İndiyədək UNEC-in 200-dən çox tələbə və əməkdaşı Bloomberg laboratoriyasının təlimlərində ödənişsiz iştirak edərək beynəlxalq sertifikat qazanıb. Eyni zamanda dövlət və özəl sektor nümayəndələri üçün də burada çoxsaylı təlimlər təşkil olunur.

Sertifikatı əldə etmək üçün aşağıdakı bölmələr tamamlanmalıdır:

  • Economic Indicators

  • Currencies

  • Fixed Income

  • Equities

  • Terminal Basics

  • Commodities

  • Stock Options

  • Portfolio Management

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (Əsas tədris binası)

Telefon

+(994) 12 492-60-45

E-mail

saida_khalil@unec.edu.az