Biz hər bir tələbəmizin dünya miqyasında öyrənmə və fəaliyyət göstərmə imkanlarına malik olmasını istəyirik
UNEC beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir. Universitet dünyanın müxtəlif ölkələrindəki ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. UNEC hazırda 30-dan çox ölkənin 100-dən artıq universiteti
ilə tərəfdaşlıq edir. Bu əməkdaşlıqlar mübadilə proqramları, birgə elmi tədqiqatlar və layihələri əhatə edir. UNEC Erasmus+, Orhun və digər
beynəlxalq proqramlarda fəal iştirak edir. Tələbələr və müəllimlər üçün akademik mübadilə imkanları yaradılır. Universitetdə bir neçə ixtisas üzrə ingilis, türk və rus dillərində təhsil verilir. UNEC-in beynəlxalq ikili diplom proqramları mövcuddur. ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyə kimi ölkələrlə sıx əməkdaşlıq qurulub.
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. UNEC müxtəlif beynəlxalq konfrans və forumlarda təmsil olunur.
Beynəlxalq reytinqlərdə yer almaq üçün universitet daim fəaliyyətini təkmilləşdirir. Xarici tələbələrin sayı ildən-ilə artır. UNEC beynəlxalq təhsil sahəsində rəqabət qabiliyyətli bir universitetə çevrilməkdədir. Beynəlxalq əlaqələr universitetin qlobal nüfuzunun güclənməsinə töhfə verir.
UNEC-in 3 ixtisas proqramı və 10 ixtisaslaşması – “İqtisadiyyat”, “Maliyyə”, “Biznesin idarə edilməsi”- FIBAA-nın (Foundation for International Business Administration Accreditation) beynəlxalq akkreditasiyasını qazanıb.
UNEC-də təhsil alan xarici tələbələr ABŞ, Türkiyə, Çin, Malayziya, İndoneziya, Qazaxıstan, Rusiya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Əlcəzair, Keniya, Konqo, Maldiv, Mozambik, Somali və Tanzaniya kimi müxtəlif ölkələrin vətəndaşlarıdır.
2025/2026-cı tədris ili üzrə 18 ölkədən olan 258 əcnəbi tələbə qəbul olunub.
Üzv olduğumuz Tərəfdaş qurumlar: *
Avropa Universitetlər Assosiasiyası (EUA)
Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyi (TÜRKÜNİB)
Avrasiya Universitetlər Birliyi (EURAS)
İslam Dünyasının Universitetləri Federasiyası (FUIW)
Avrasiya Universitetlər Assosiasiyası (EAU)
Qara Dəniz Ölkələri Universitetləri Şəbəkəsi (BSUN)

Almaniya
Moldova
Moldova
Türkiyə
Özbəkistan
Qazaxıstan
Rusiya