UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Texnolgiya və dizayn” fakültəsi ləğv edilərək onun bazasında “Rəqəmsal iqtisadiyyat” fakültəsi yaradılmışdır. 9.10.2020-ci il tarixində Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası təşkil edilmişdir.
*
Rəqəmsal iqtisadiyyat fakültəsinin və onun tərkibində olan kafedra respublikanın və xarici ölkələrin Universitetləri: AMEA-nın İdarəetmə İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu və Yüksək Texnologiyaları Parkı, Çexiyanın Prague Business School, Macarıstanın University of Dunaújváros və Litvanın Mykolas Romeris University və Vilnius Gediminas Technical University, həmçinin Hindistanın Aligarh Muslim Universit və Karadeniz Teknik Üniversitesi (KTÜ) ilə sıx elmi əməkdaşlıq edir.
*
2024/2025-ci tədris ilində fakültəyə 5 ixtisas üzrə 354 tələbə qəbul olub, onlardan 224 nəfəri 600-dən, 53 nəfəri isə 650-dən yuxarı bal toplayıb. Unversitet üzrə ən yüksək bal (692,8) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” (ingilis dilində) ixtisası üzrə olub.
Fakültə üzrə maksimum bal
600 baldan yuxarı toplayan tələbə sayı
2024-də fakültəyə qəbul olunan tələbə sayı