Mahmud Mustafayev

“İqtisadçı” idman klubunun müdiri

UNEC-də idmana böyük önəm verilir. Bu sahədə tələbələrin fiziki hazırlığı və universitetin idman uğurları diqqət mərkəzindədir.

UNEC idman klubları:

* Futbol

* Basketbol

* Voleybol

* Şahmat

* Tennis

Universitetdə idmana olan diqqət və qayğının nəticəsi özünü ali təhsil ocağının idman sahəsində ilbəil artmaqda olan uğurlarında büruzə verir. Belə ki, UNEC-də tələbələrin və əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirimiş və müvafiq maddi-texniki baza və infrastruktur yaradılmışdır. 

Universitetin II tədris binasında yerli və beynəlxalq yarışların keçirilməsi üçün tələb olunan ən müasir standartlara uyğun olan voleybol və basketbol zalı, IV tədris binasında ən müasir avadanlıqlarla təchiz olunmuş əl oyunları idman zalı, trenajor zalları, 

lazımi avadanlıq və texniki vasitələrlə təmin edilmiş şahmat klubu kollektivin istifadəsinə verilmişdir. Quba rayonunda ən müasir avadanlıqlarla, üzgüçülük hovuzu və idman zalları ilə təmin edilmiş 1500 tamaşaçı yeri olan İdman-sağlamlıq kompleksi inşa edilmişdir.