Poliklinikanın əsas vəzifələrinə xəstəliklərin erkən diaqnostikası və profilaktikası, hər il tələbələrin dispanserizasiyasının aparılması,
sağlam həyat tərzinin təbliğatı aiddir.
Poliklinikanın əsas vəzifəsi hər il tələbələrin dispanserizasiyasının aparılmasıdır. Əsas məqsədi əlilliyə, vaxtından əvvəl ölümə gətirib çıxaran qeyri-infeksion xəstəliklərin aşkar edilməsidir. Profilaktik tədbirlər, xəstəliklərin erkən aşkarlanması, vaxtında və düzgün diaqnostika xroniki qeyri-infeksion xəstəliklərin əmələgəlmə səbəblərini, artıq belə xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə xəstəliyin gedişatının ağırlıq dərəcəsini aşağı salmağa imkan yaradır.
Poliklinikaya hər gün universitetin müəllim və işçi heyəti tibbi yardım üçün poliklinikalara müraciət edir və onlara uyğun yardım göstərilir. Hazırda Elektron Səhiyyə proqramı işlənilib həyata keçirilir: tələbələrin elektron kartlarının təşkili; online həkim məsləhətləri və həkim qəbuluna yazılma; korpuslar arasında əlaqə; təhkim olunmuş kontingentin elektron bazasının yaradılması və s.
Tələbələrə poliklinikada aşağıdakı istiqamətlər üzrə ödənişsiz keyfiyyətli tibbi xidmət göstərilir:
▪️Terapevt
▪️Oftalmoloq
▪️Stomatoloq
▪️Nevropatoloq
▪️USM (Ultrasəs müayinəsi)
Poliklinikanın statusu
Formal olaraq tələbə poliklinikaları Bakı şəhərinin Baş Səhiyyə idarəsinə tabedirlər və hüquqi olaraq ATM–nə heç bir aidiyyatı yoxdur. Eyni zamanda poliklinikalar ATM-nin binalarında yerləşirlər.