Ramilə Şəbəndəyeva Əlsəfa qızı

Ramilə Şəbəndəyeva Əlsəfa qızı

Rəqəmsal İqtisadiyyat fakültəsinin tyutoru

Avesis linki

***

17 noyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1997-2008-ci illərdə Bakı şəhəri Sabunçu rayonu Fikrət Tağıyev adına 72 saylı məktəb-liseydə təhsil almışdır.

2008-2012 – ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr təhsili almışdır.

2013-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “MBA” proqramı çərçivəsində “Maliyyə” ixtisası üzrə magistr təhsili almışdır.

2014-2019-ci illərdə “Acessbank” QSC-də çalışmışdır.

2020-2022-ci illərdə mühasib köməkçisi olaraq çalışmışdır.

2020-2021-ci illərdə “HR Option İnkişaf Mərkəzi” tərəfindən təşkil olunmuş “Əmək Qanunvericiliyi Təlimində” iştirak etmiş, təlimi fərqlənmə ilə başa vurmuşdur.

2023-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Tyutor hazırlıq kursu” keçmiş, maksimum bal (100 bal) toplayaraq kursu fərqlənmə ilə bitirmişdir.

2023-cü ildən hal-hazırki dövrədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal İqtisadiyyat” fakültəsinin katibliyində tyutor vəzifəsində çalışır.