Maliyyə laboratoriyası

Maliyyə laboratoriyası Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin maliyyə sahəsində nəzəri biliklərini praktik tətbiqlərlə möhkəmləndirmək, real iqtisadi prosesləri simulyasiya şəraitində öyrənmək və peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə fəaliyyət göstərən ixtisaslaşmış tədris məkanıdır. Laboratoriya 2 sentyabr 2015-ci il tarixdə yaradılmışdır. Burada tələbələr maliyyə təhlili, büdcələşdirmə, investisiya qərarları, risklərin qiymətləndirilməsi və digər maliyyə əməliyyatlarını praktiki şəkildə icra etmək imkanı əldə edirlər. Müasir proqram təminatı və texnoloji avadanlıqlarla təchiz olunan laboratoriya tələbələrin əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə xidmət edir.