Kimya laboratoriyası Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin kimya sahəsində nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirmək, elmi-tədqiqat və eksperimental işlər aparmaq məqsədilə fəaliyyət göstərən müasir tədris məkanlarından biridir. Laboratoriya Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının qərarına əsasən yaradılmışdır. Laboratoriya müasir avadanlıq, reaktivlər və analiz cihazları ilə təchiz olunaraq müxtəlif kimyəvi təcrübələrin, laboratoriya işlərinin və tətbiqi araşdırmaların həyata keçirilməsinə şərait yaradır. Burada tələbələr maddələrin tərkibi, xassələri və reaksiyaları üzrə praktik biliklər əldə edərək analitik düşünmə və tədqiqat bacarıqlarını inkişaf etdirirlər.