Nəşriyyat

Nəşriyyatda müəllim, tədqiqatçı və tələbələrin əsərləri, universitetin tanıtım materialları, eləcə də müxtəlif çap məhsulları nəşr edilərək
geniş auditoriyaya çatdırılır.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəşriyyatı 1972-ci ildən fəaliyyətə başlamışdır. Nəşriyyat bu illər ərzində minlərlə dərslik, metodik vəsait və metodik göstəriş,  tədris proqramları, monoqrafiya və külliyyatlar nəşr edərək müəllim və tələbələrin ixtiyarına vermişdir. Son illərdə nəşriyyatda 2400 adda müxtəlif təyinatlı çap məhsulları: dərsliklər, dərs vəsaitləri, metodiki göstəriş və vəsaitlər, fənn proqramları, monoqrafiyalar, konfrans materialları, blanklar çap edilmişdir.

Nəşriyyatın vəzifələri: elmi və tədris materiallarının nəşri, UNEC-in tədris proqramlarına uyğun kitabların nəşrinin təşkili, UNEC-in rəsmi elmi jurnallarının redaktəsi, dizaynı və çapı, elmi konfrans materiallarının toplanması və nəşri, layihələr və ictimai tədbirlər ilə bağlı broşür, buklet, afişa və digər çap məhsullarının hazırlanması, təqdim olunan materialların elmi, texniki və dil baxımından redaktə və korrektəsi və s.

2022-ci ildə UNEC-in Nəşriyyatında həyata keçirilən genişmiqyaslı yenilənmə nəticəsində nəşriyyatın texniki parkı tam şəkildə müasirləşdirilmiş və yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Ən son texnologiyalara əsaslanan poliqrafiya avadanlıqlarının alınması ilə nəşriyyat Rəqəmsal Mətbəə kimi fəaliyyətini davam etdirir.
 
Yeni nəsil rəqəmsal və ofsetə yaxın keyfiyyət təqdim edən çap avadanlıqları, peşəkar kəsim, cildləmə, laminasiya və post-çap texnologiyaları sayəsində dərsliklər, elmi nəşrlər, metodik vəsaitlər, promo və korporativ məhsullar yüksək dəqiqlik və operativliklə hazırlanır.

Nəşriyyatın texniki imkanları tamrəngli və monoxrom yüksək sürətli çap, termoyapışdırma, sapla tikmə, bərk cild hazırlanması, UV çap, falslama, biqovka və perforasiya kimi bütün poliqrafiya proseslərini bir məkanda həyata keçirməyə şərait yaradır. Bərk cildli kitabların hazırlanması üçün nəzərdə tutulmuş xüsusi avadanlıqlar isə məhsulların estetik görünüşünü və uzunömürlülüyünü təmin edir.
 
Müasir texnologiya, peşəkar yanaşma və keyfiyyət standartlarına əsaslanan UNEC Rəqəmsal Mətbəəsi universitet daxilində və xaricində nəşr və çap ehtiyaclarını etibarlı şəkildə qarşılayan innovativ mərkəz kimi fəaliyyət göstərir.

Şöbə xəbərləri

01 noyabr 2023
Nazir UNEC-də yeni mərkəzlərin açılışında iştirak edib və təhsillə bağlı müzakirələr aparıb

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Telefon

+(994) 12 492-59-03 (11-78)

E-mail

k.huseynov@unec.edu.az

Digər bölmələr