Mərkəz UNEC-in tələbə və məzunları üçün iş axtarışı, karyera sərgisi və məsləhətləri, təcrübə proqramları kimi karyera dəstəyi göstərir.
UNEC Karyera Mərkəzi 2008-ci ilin 26 noyabr tarixində yaradılıb. Karyera Mərkəzi təhsilalanların və məzunların karyera inkişafına və məşğulluqlarının tənzimlənməsinə dəstək göstərir. Mərkəz UNEC, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Karyera Mərkəzinin vəzifəsi tələbələri peşəkar iş həyatına hazırlamaq, şəxsi inkişaflarına dəstək
*
Karyera Mərkəzinin strukturu:

UNEC Məzun Assosiasiyası 18 noyabr 2022-ci il tarixində fəaliyyətə başlayıb. Assosiasiyanın UNEC üzrə İşçi Qrupu məzunlarla əlaqələrin genişləndirilməsi, Fəxri məzunların karyera məsləhəti saatlarının təşkili, Məzun Forumu, Həmrəylik Günü, Fəxri məzunlara Məzun Kartlarının təqdim olunması və gələcəkdə Endowment Fund yaradılması ilə bağlı işlərin icrasını davam etdirir.
UNEC Məzun Assosiasiyasına üzv olun!
Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır
Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur
UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC tələbələri, magistrləri, məzunları müraciət edə bilərlər