Elmi fəaliyyətin təşkili şöbəsi

Şöbə elmi hesabatların hazırlanması və onların keyfiyyətinə nəzarət edir, elmi tədqiqat layihələrinin təşkili və maarifləndirilməsi üzrə fəaliyyət göstərir.

Şöbə universitetdə elmi fəaliyyətin səmərəli təşkili və koordinasiyasına cavabdeh olan əsas struktur bölmələrdən biridir. 2018-ci ildə Elmi Fəaliyyətin Təşkili və İdarə Edilməsi Departamentinin nəzdində yaradılıb. 12.01.2026-cı il tarixindən müstəqil şöbə kimi fəaliyyət göstərir.  

Şöbə elmi hesabatların hazırlanması və onların keyfiyyətinə nəzarət edir, elmi tədqiqat layihələrinin təşkili və maarifləndirilməsini həyata keçirir.  Həmçinin elmin beynəlmiləşməsi istiqamətində seminarlar, vebinarlar və konfranslar təşkil edir, tədqiqatçıların əməkdaşlığını dəstəkləyir və elmi əlaqələrin genişlənməsini təmin edir.

UNEC-in elmi nəşrlərinin koordinasiyası və əlaqələndirilməsi, elmi jurnallar, kitablar və digər nəşrlərin hazırlanması və keyfiyyətinə nəzarət şöbənin prioritet fəaliyyət sahələrindəndir. Şöbə tədris vəsaitlərinin qrifləndirilməsi prosesinə rəhbərlik edir, elmi nəticələrin tədris proqramına inteqrasiyasını həyata keçirir.

Eyni zamanda, müvafiq tədqiqat layihələri və proqramlara müraciət etmək istəyən tədqiqatçılar üçün konsultasiyalar təşkil edir, müraciət prosesinə dəstək göstərir və layihələrin uğurla həyata keçirilməsini təmin edir. 

Контакты

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (I Tədris Binası)

Телефон

+(994) 070 242 90 10

Электронная почта

nargiz_hajiyeva@unec.edu.az

Другие разделы