Ülkər Neymətova  Vaqif

Ülkər Neymətova Vaqif

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
21 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1992-ci ildə Bakı şəhər 75 saylı orta məktəbini gümüş medalla bitirmişdir.
1993-cü ildə  Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri-ərzaq  mallarının əmtəəşünaslığı fakültəsinə daxil olmuşdur.
1997-ci ildə institutun bakalavr təhsil pilləsini bitirərək, həmin fakültənin magistratura şöbəsinə  daxil olmuşdur.
1999-cu ildə həmin institutun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2000-ci ildən baş laborant vəzifəsində çalışarkən saat hesabı dərs aparmışdır.. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslıgı” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimidir.
2015-ci ildən AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertantı olmuş, 25.12.2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının AR ETN-nin Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BFD1.07/1 Dissertasiya Şurasında 2422.01-Biotexnalogiya (o cümlədən bionanotexnalogiyalar) ixtisasında “Bərk halda olan qeyri-ərzaq məhsullarının tullantılarının biokonversiyası” mövzusunda biologiya elmləri üzrə  fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22.04.2025-ci il tarixli qərarı ilə 2422.01-Biotexnalogiya (o cümlədən bionanotexnalogiyalar) ixtisasında biologiya elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi,onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.
Türkiyənin nüfuzlu Univesitetləri,o cümlədənYıldız Texnik Universiteti,Qazi Universiteti və UNEC tərəfindən “Materiallar mühəndisliyi” ixtisasının fənlər üzrə təşkil olunan 14 təlimində ugurla iştirak etmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi bir çox təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşdür.

2015-ci ildən  AMEA-nin  dissertantıdır. Dissertasiya işinin mövzusu “Bərk halda olan qeyri-ərzaq tullantılarının təbiətdə biokonvensiyası”na həsr olunmuşdur.

Ailəlidir, bir övladı var.