Əsgərov Şaiq Əhəd oğlu 1992-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi», 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarını müvəffəqiyyətlə bitirmişdir.
Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu uğurla yekunlaşdırmışdır. 2007-ci ildə “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə etmiş və Ali Attestasiya Komissiyasının 10 iyul 2007-ci il tarixli 24-k saylı qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 9 aprel 2013-cü il tarixli 10-k saylı qərarı əsasında isə dosent elmi adı verilmişdir.