Esmira Abdullayeva  Canəli

Esmira Abdullayeva Canəli

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi

Avesis linki
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
492-59-03 (12 18)
esmira_abdullayeva@unec.edu.az
esmira_abdullayeva@mail.ru

1987-1992-ci illər ərzində Azərbaycan Dövlət İqtisad İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)   “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası  üzrə,

1993-1996-cı illərdə  aspirantura pilləsini “Qiymətin əmələ gəlməsi” ixtisaslaşması üzrə bitirib.

Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında qiymət mexanizmindən istifadənin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işini 5308.01 şifrəsi “Ümumi iqtisadiyyat” ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1996-cı ildən gənc mütəxəssis kimi Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sosioloji Elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır:

2000-2001-ci illər ərzində müsabiqə yolu ilə elmi işçi,
2001-2005-ci illər ərzində  Sosial-iqtisadi Elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifələrində çalışmışdır.

2005-2008-ci illər ərzində Elmi-araşdırma və Konsaltinq Mərkəzində böyük elmi işçi vəzifəsində,
2010-2013-cü illər ərzində İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutunda  çalışmışdır.

 2013-2014-cü tədris  ilindən «Qiymət və qiymətləndirmə»  kafedrasının  müəllimi,
2017-2018-ci tədris  ilindən “Qiymət və qiymətləndirmə” kafedrasının baş müəllimi; 
2018-2019-cu tədris  ilindən “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının baş müəllimi;
 Hal-hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti vəzifəsində çalışır.

Aprel  2018-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən  “Uluslararasi Stratejik ve Sosyal Araştırmalar Sempozyumu”nda,
May  2018-ci ildə   “14th international conference on knowledge, economy & management / ickem”  Beynəlxalq Konfransda və digər tədbirlərdə məruzə ilə çıxış etmişdir.

2017-ci ildə  “Web of Science” elmmetrik bazadan istifadənin əsasları UNEC, Clarivate Analytics;
2018-ci ildə “Elmi-tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu nəşrlərdə dərc olunması mexanizmi” UNEC, Clarivate Analytics;
2020-ci ildə UNEC-in təşkilatçılığı ilə “Distant təhsildə tədrisin təşkili və metodiki təminat” mövzusunda
2021-ci ildə “Sosial işin təşkili mexanizmləri” və “Sosial proqramlar və xidmətlər” fənnləri üzrə
2022-2024-cü illərdə  “Ahıllarla sosial iş”, “Sosial işdə tədqiqat metodları” fənnləri üzrə,  “Soft skills (Yumşaq bacarıqlar)” “Digital skills”(Rəqəmsal bacarıqlar) və  ixtisası üzrə bir sıra digər təlimlərdə iştirak etmiş və  sertifikatlar qazanmışdır.

Gender araşdırmalar mərkəzində humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası, qloballaşma, iqtisadiyyat və ekologiyada gender modulu üzrə proyektlərdə,

“Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərə­fin­dən sti­mul­laş­diril­ma­sı me­xa­­niz­mi­­nin qiymətləndirilməsi və onun təkmilləşdiril­məsinə dair təklif və tövsiyələrin ha­zır­lan­ma­sı” və “Azərbaycanda davamlı inki­şa­fın təmin edilməsin­də mo­netar və fiskal siya­sət­­­lərin əlaqə­lən­dirilməsi mexaniz­mi­nin qiymətləndirilməsi və onun tək­mil­ləş­diril­mə­sinə dair təklif və tövsiyyələrin ha­zır­­­lan­ma­­sı” layihələrində iştirak etmişdir.

UNEC-in “İqtisadiyyat və idarəetmə” fakultəsinin  mentorudur.
2016-2021-ci illərdə UNEC-in “Keyfiyyət elçisi” olub.
2018-ci ildən UNEC-in “Price” elmi klubunun rəhbəridir və aktiv fəaliyyətinə görə Təşəkkürnamə (UNEC) ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.