Elza   Omarova  Mədət

Elza Omarova Mədət

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

Avesis linki
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)
+(994) 12 492-59-03 (13-24)
1956 –cı  ildə Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur.
1964-cü ildə II Şıxlı kəndində Sarıvəlli  kənd orta məkəbin I sinfinə daxil olmuşdur.
1974-cü  ildə Qazax rayonunun II Şıxlı Sarıvəlli kənd orta məktəbini bitirmişdir.
Orta məktəbi bitirdikdən sonra .Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Əmtəəşünaslıq” fakültəsininn “İctimai iaşənin texnologiyası və təşkili” ixtisasına daxil olmuşdur.
1979–cü ildə D.Bunyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisasını bitirib , mühəndis –texnoloq diplomu almışdır.
1990- cı ildə Belorisiya Respublikasının Mogilev Texnologiya İnstitutunda məqsədli aspirant olmuş, orada da mühəndis –tədqiqatçı və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1979–cü ildə təyinatla keçmiş Kirovabad (indiki Gəncə şəhəri) şəhərinin İctimai iaşə Trestinə mühəndis - texnoloq kimi göndərilmişdir.
Gəncə şəhəri İctimai iaşə Trestində mühəndis - texnoloq ,1981-1983-cü illərdə həmin trestin nəzdindəki texnoloji yeyinti laboratoriyasında müdir işləmişdir.
1983-1984-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun “Konservləşdirmə texnologiyası” kafedrasında “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisası üzrə laborant işləmiş,həmin ildən saat hesabı ilə dərs aparmış, sonradan laboratoriya müdiri, 1989-cu ildə İctimai-iaşə, ət və süd məhsullarının texnologiyası” kafedrasında seçki yolu ilə assistent vəzifəsində çalışmışdır.
1997-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent vəzifələrində calışmışdır.
2000-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 718 saylı əmrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldığından bu universitetin “Qida məhsullarının texnologiyası” kafedrasında dosent vəzifəsində calışmışdır.
Hazırda UNEC –in “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının dosentidir.
İşlədiyi müddətdə “Texnologiya və dizayn” fakültəsinin Azad Həmkarlar təşkilatının sədri kimi fəaliyyət göstərmişdir.
2009, 2015 , 2017, 2018, 2023və 2025 –ci illərdə Mogilyev şəhərində “ Belarus Dövlət Qida və Kimya Texnologiyaları Universitetinin ” və ”Kiyev Milli Qida Texnologiyaları  Universitetinin “ elmi texniki konfranslarında xüsusi diploma və sertifikata layiq görülmüşdür.
UNEC-də uzun müddət səmərəli elmi-pedoqoji fəaliyyətinə və yüksək mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə 2012, 2018 və 2020-ci illərdə  fəxri fərmanla təltif edilmişdir.
2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının  100 illiyi münasibətilə “Yubiley döş nişanı “ ilə təltif olunmuşdur.
2025-ci ildə yüksəkixtisaslı peşəkar iqtisadçı kadırların hazırlanmasında səmərəli elmi pedaqoji fəaliyyətinə görə və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Mogilyovda və Kiyevdə keçirilən  konfrans materiallarında dərc olunan tezislər və elmi materiallar bu qəbildəndir.
2009, 2015, 2017 və 2018-ci illərdə Mogilyev Ərzaq Universitetinin elmi texninki konfransında  xüsusi diploma layiq görülmüşdür.