Elsevər  Fərzəliyev  Baba

Elsevər Fərzəliyev Baba

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

Avesis linki
 Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris Binası)
+(994) 12 492-59-03 (13-24)
27 noyabr 1960-cı ildə Quba rayonunda anadan olmuşdur.
1985-ci ildə Azərbaycan Texnologiya İnstitutu “Qida məhsullarının texnologiyası” fakültəsini “Konservləşdirmə texnologiyası” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. İxtisasca mühəndis-texnoloqdur.
1985-ci ilin dekabr ayında  Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində (Az. B və SB üzrə EİB) istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuş, 1986-cı ilin iyun ayında M.V. Lomonosov adına Odessa Qida Sənaye Texnologiyası İnstitutunun (indiki Odessa Qida Texnologiyaları Milli Akademiyası) istehsalatdan ayrılmaqla məqsədli aspiranturasına köçürülmüşdür.
1988-ci ildə namizədlik dissertasiyasını basa çatdırmış və 1989-cu ilin iyin ayında müvəffəqiyyətlə müdafiə edib, texnika elmləri namizədi elmi adına layiq görülmüşdür.
1989-cu ilin mart ayından Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyində kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ilin avqust ayında gənc mütəxəssis kimi Azərbaycan Texnologiya İnstitutuna dəvət olunmuş və laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1993-cü ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əvvəlcə laboratoriya müdiri, sonra isə assistent, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsullarının texnologiyası” kafedrasında, 2020-ci ilin noyabrından isə “Mühəndislik və tətbiqi elmlər” kafedrasında “dosent” vəzifəsində çalışır.
2004-2009-cu illərdə “Texnologiya və Dizayn” fakültəsinin Elmi Şurasının üzvü, 2007-2011 ci illər ərzində fakültə nəzdində yaradılmış “Tədris prosesinə nəzarət” komissiyasının sədri olmuşdur. Qida məhsulları üzrə səriştəli ekspertdir. 
2010-cu ildən başlayaraq bu günə kimi Azərbaycanda fəaliyyət göstərən müəyyən qida sənayesi müəssisələrində (MADO QSC, RemServises İTK, AZZA QSC və s.) elmi məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2018-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “elmlər doktoru” proqramı üzrə doktorantura təhsilini davam etdirir və “Azərbay-can Respublikasının yabanı meyvə – giləmeyvə xammallarının sənaye emalının biokimyəvi əsaslarının tədqiqi” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
2021-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Texnika elmləri” üzrə Ekspert Şurasının üzvüdür.
Qida ekspertidir. Tez-tez UNEC-də və respublikanın müxtəlif televiziya kanallarında “Qida təhlükəsizliyi”, “Sağlam qidalanma”, “Qida məhsullarının daşınması və saxlanması zamanı baş verə biləcək tərkib dəyişkənlikləri”, “Qida zəhərlənmələri” kimi elmi mövzuların müzakirəsində iştirak edir.

2009-cu ildə Beynəlxalq Standartlar Təşkilatının (İSO) Türkiyədə fəaliyyət göstərən nümayəndəliyi tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” və 9001 – “Keyfiyyət İdarəetmə Sistemi” üzrə, eləcə də İngiltərədə fəaliyyət göstərən İRCA nümayəndəliyinin GlobalGROUP şirkəti tərəfindən 22000:2005 – “Qida Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə sertifikatlarla təltif olunmuşdur.

Akademik profilləri
Scopus 
Google Scholar 
ResearchGate 
ORCID
Publons   
WofS

Ailəlidir, iki övladı, nəvəsi var.