Tələbə Həmkarlar İttifaqı Komitəsi

Komitənin əsas məqsədi tələbələrin hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması və ictimai fəallıqlarının artırılmasıdır. 

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1974-cü ildə yaradılmışdır. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbə  kollektivini özündə birləşdirən dövlət qeydiyyatından keçmiş, universitetdə  fəaliyyət göstərən ictimai təşkilatdır. THİK tələbə həyatını daha mənalı və maraqlı etmək üçün müxtəlif sahələrdə çalışır.

UNEC THİK-i  tələbələrin sosial məsələləri ilə də yaxından məşğul olur. Təşkilat az təminatlı ailələrin övladlarına  müxtəlif formalarda maddi yardım edir. Tələbələrin asudə vaxtalarını səmərəli keçirməsi üçün düşərgələr, turlar və gəzintilər təşkil edilir. Təşkilat tələbələrin elmi dünyagörüşünü inkişaf etdirmək məqsədilə tarixi əlamətdar günlərə həsr olunmuş elmi-praktik konfranslar keçirir.

Təşkilatın xəbərləri

03 aprel 2026
UNEC-də XDİAK-4 fənni üzrə Aptis imtahanları ilə bağlı görüş keçirilib
18 mart 2026
UNEC kollektivi Ramazan ayında həssas qruplar üçün xeyriyyə tədbiri keçirib
05 mart 2026
UNEC-də “Rəqəmsal Dünyada Təhlükəsizlik: Kibertəhlükəsizliyin Sirləri” mövzusunda seminar keçirilib
03 mart 2026
UNEC-də “Yeni Azərbaycan: dünənimiz, bu günümüz və sabahımız” adlı tədbir keçirilib
26 fevral 2026
UNEC şəhid məzunu Əbil Cəbizadəni ehtiramla yad edir
26 fevral 2026
UNEC məzunu Məzdək Eyvazlının 30 illik yubileyi qeyd olunub
23 dekabr 2025
UNEC-də Həmrəylik Günü və Yeni İl coşqusu
25 iyun 2025
UNEC-in tələbələri 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə təltif olunublar
23 iyun 2025
UNEC tələbələri “VI Yerli şirkətlərin tanıtım sərgisi”ndə fəal iştirak ediblər
03 iyun 2025
Maliyyə və mühasibat fakültəsinin tələbələri “Sevgi Evi” Uşaq və Qadın Sığınacağını ziyarət edib

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası, otaq 414)

Telefon

(994) 12 492-88-87

E-mail

unec.thik@gmail.com

Digər təşkilatlar