3 ay ərzində UNEC kitabxanasına 200-dən çox nəşr daxil olub

  • 07 aprel 2026
  • 98

UNEC Kitabxana-İnformasiya Mərkəzinə cari ilin yanvar-mart ayları ərzində 216 nüsxə müxtəlif növ nəşr daxil olub.

Bunların 199 nüsxəsini kitab (Azərbaycan, türk, ingilis və rus dillərində), 2 nüsxəsini avtoreferat və 15 nüsxəsini isə jurnallar təşkil edir.

Daxil olan kitablar müxtəlif dillərdə olub, geniş mövzu spektrini əhatə edir. Azərbaycan dilində olan nəşrlərə İT və proqramlaşdırma (əsasən giriş səviyyəsində), qida təhlükəsizliyi, ekologiya və ətraf mühit, su ehtiyatları və coğrafiya, dizayn və incəsənət, eləcə də yerli tarix və mədəniyyət daxildir. Türk dilindəki kitablar əsasən, biznes və menecment, mühasibat və maliyyə, turizm və iqtisadiyyat, ekologiya və şəxsi inkişaf siyasəti mövzularını əhatə edir. İngilis dilində olan nəşrlər iqtisadiyyat, “Data science” və texnologiya, biznes və startap, rəqəmsal iqtisadiyyat, dizayn və kreativ sahələr, həmçinin şəxsi inkişaf və liderlik istiqamətlərinə yönəlib. Rus dilindəki kitablar isə dizayn və incəsənət, moda və geyim, kompozisiya və rəng nəzəriyyəsi, maliyyə və investisiya, psixologiya və bədii ədəbiyyat kimi mövzuları əhatə edir.

Bu nəşrlər təhsilalanlar, tədqiqatçılar, iqtisadiyyat, maliyyə, vergi, sığorta, hüquq və beynəlxalq standartlarla maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitablarla daha yaxından tanış olmaq üçün UNEC kitabxanalarına müraciət edə bilərsiniz.