UNEC-in abunə olduğu ProQuestEbookCentral (https://ebookcentral.proquest.com/lib/azerbastat/home.action) bazası üzrə Süni İntellekt (Sİ) mövzusunda araşdırma apardıq. Qeyd edim ki, bazada əsasən dünyanın bir çox nəşriyyatlarında çap edilmiş müxtəlif sahələr üzrə e-kitablar təqdim edilir. Bazada Sİ üzrə 22539 kitab var. Son on illik dövr üzrə apardığımız təhlilin nəticəsinə əsasən bazada 7015 e-kitab aşkar edilib ki, bu kitabların da 1500-ə qədəri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Mövzu üzrə kitabların əksəriyyəti- 6938-i ingilis dilində, 22-si fransız, 21-i alman, 20-si ispan dilində, qalan qismi isə tək-tək olmaqla müxtəlif dillərdədir.
Bunlardan bəzilərini təqdim edək:
Qeyd edim ki, bu bazada kitabları həm onlayn, həm də oflayn rejimdə oxumaq mümkündür. Oflayn rejimdə oxumaq üçün istədiyiniz kitabı 21 gün müddətində endirməklə həm kompyuterinizdə, həm də telefonunuzda oxuya bilərsiz. Bazadan istifadə zamanı telefonlarınızda ProQuestEbookCentral mobil tətbiqini yükləmək lazımdır. Sorğunuza uyğun kitabların linkini sosial şəbəkə hesablarında da paylaşa bilərsiz.
Dəyərli UNEC təhsilalanları və tədqiqatçılar.
Dünyada baş verən elmi yeniliklərdən xəbərdar olmaq üçün ProQuestEbookCentral bazasından istifadə etməyə tələsin.
Qeyd edək ki, süni intellektə dair ProQuestEbookCentral bazası üzrə aparılan təhlil KİM-in “Süni intellektə dair resurs tövsiyələri” adlı layihəsi çərçivəsində növbəti araşdırmadır.