UNEC Yaradıcılıq Mərkəzi – Yaradıcı enerjini bizimlə kəşf et!
Universitetimizdə fəaliyyət göstərən UNEC Yaradıcılıq Mərkəzi sənətsevər tələbələr üçün bir yaradıcılıq ocağıdır. Burada müxtəlif sahələr üzrə dərnəklər və ən əsası siz dəyərli tələbələrimizin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün fəaliyyət göstəririk.
Bizim dərnəklər həm yerli, həm də beynəlxalq uğurlar qazanıb:
Mərkəzimizin uğurlu fəalliyyəti yerli müsabiqələrdə birinci yerlərə layiq görülüb.
Teatr və Vokal dərnəklərimiz isə universitetimizi həm yerli, həm də beynəlxalq səviyyədə təmsil edir.
UNEC Yaradıcılıq Mərkəzi sənə öz yaradıcılıq potensialını kəşf etməyə, yeni dostlar qazanmağa və səhnədə özünü sınamağa imkanı verir. Təcrübən olmasa belə, əsas istək və yaradıcılıq həvəsindir.