Xarici Dillər Departamenti

UNEC-in Xarici Dillər departamentində ingilis, fransız, alman, rus dilləri tədris olu­nur.

UNEC-də  xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq,  06.09.2023-cü il tarixdə “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılıb. Departamentin məqsədi: UNEC tələbələrinin xarici dillərdə peşəkar səviyyədə ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək; akademik və peşəkar xarici dil hazırlığı təmin etmək; Universitetin beynəlxalqlaşma strategiyasına uyğun olaraq tədris, tədqiqat və beynəlxalq əməkdaşlıqda xarici dil imkanlarını genişləndirmək; Xarici dildə tədris olunan ixtisaslar üçün tələbələrin dil hazırlığını yüksəltmək və keyfiyyətə nəzarət etmək; Tədris prosesinin keyfiyyətinə daxili nəzarət və monitorinq; Xarici dil

  • dərslərinin kurrikulum və sillabuslarının hazırlanması və yenilənməsi; Tələbələrin dil biliklərinin qiymətləndirilməsi (testlər, semestr imtahanları, speaking/writing qiymətləndirmələri) və s.
    *
Xarici dillər departamentinin tərkibində fəaliyyət göstərən struktur bölmələr:
 Xarici dillərin tədrisi mərkəzi
 UNEC Dil mərkəzi
 Tərcümə mərkəzi

Kafedralarda tədris olunan fənlər

“Xarici dillərin tədrisi mərkəzi” UNEC-də xarici dil fənnini dörd bacarıq (oxu yazı,dinləmə və danışıq) üzrə təşkil edir. “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” UNEC-də tələbələrin imtahan zamanı 4 bacarıq üzrə qiymətləndirməsini həyata keçirir.  Mərkəzin əməкdаşlаrı tədris оlunаn fənlərə dаir çох sаylı dərs vəsаitləri, кöməкçi vəsаitlər, tövsiyələr, prоqrаmlаr  işləyib hаzirlаmış və nəşr еtdirmişdir.  

“UNEC Dil Mərkəzi” (ULC) UNEC-də  müxtəlif dillər üzrə hazırlıq kursları təşkil edir. UNEC Language Centre 7 oktyabr 2022-ci il tarixindən UNEC-in daxilində fəaliyyətə başlamışdır. Dərslər 4 dil bacarığının (yazı, oxu, dinləmə və şifahi nitq) inkişafına yönəlib. Tədris IELTS nəticəsi 8.5 və 8.0 olan CELTA, TEFL, həmçinin British Council tərəfindən verilmiş beynəlxalq Aptis C sertifikatlı müəllimlər tərəfindən aparılır. ULC British Council-ın IELTS imtahanı üzrə rəsmi tərəfdaşıdır.

Kafedra xəbərləri

13 aprel 2026
UNEC nümayəndələri BMU-da keçirilən dəyirmi masada çıxış ediblər
03 aprel 2026
UNEC-də XDİAK-4 fənni üzrə Aptis imtahanları ilə bağlı görüş keçirilib
17 mart 2026
Əndican Dövlət Texniki İnstitutunun professorları UNEC tələbələrinə mühazirə keçib
06 mart 2026
UNEC-də 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
06 mart 2026
UNEC-də 2-ci kurs tələbələri üçün Aptis beynəlxalq imtahanına hazırlıq təlimlərinə start verilib
26 fevral 2026
UNEC-də Xocalı soyqırımının ildönümü ilə bağlı ingilis dilində maarifləndirici tədbir keçirilib
22 aprel 2025
UNEC nümayəndəsi Polis Akademiyasında tələbələrlə görüş keçirdi

Əlaqə

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə, otaq 123

Digər kafedra və departamentlər