Xarici Dillər departamentinin direktoru, fil.f.d., dos.
UNEC-in Xarici Dillər departamentində ingilis, fransız, alman, rus dilləri tədris olunur.
UNEC-də xarici dillərin tədrisinin keyfiyyətinin artırılması zəruriliyini nəzərə alaraq, 06.09.2023-cü il tarixdə “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” yaradılıb. Departamentə 06.09.2023-cü il tarixdən Xarici dillərin tədrisi mərkəzinin dosenti Aysel Xəlilova rəhbərlik edir.
Xarici dillər departamentinin tərkibində aşağıda göstərilən struktur bölmələr yaradılıb:
-“Xarici dillərin tədrisi mərkəzi”;
– “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi”