Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsi

Şöbənin məqsədi UNEC-də təhlükəsiz əmək şəraitini təmin etmək, qəzaların qarşısını almaq və əməyin mühafizəsi qaydalarının icrasına nəzarət etməkdir.

Şöbənin əsas vəsifələrinə UNEC-də əmək şəraitinin təhlükəsizliyinin qorunmasını təmin etmək, əmək fəaliyyəti zamanı hər cür qəza, xəsarət və təhlükəli hallarının qarşısını almaq məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqini təşkil və nəzarət etmək aiddir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi universitetdə işçilərin əmək fəaliyyəti prosesində həyat və sağlamlığının, hüquqi, sosial-iqtisadi, texniki, sanitar-gigiyenik, təşkilatı, reabilitasiyaedici və digər tədbirlər sistemlərinin yaradılması, 

əməyin təhlükəsizliyi standartlarının yerinə yetirilməsi, təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə peşə təlimatlarının tələblərinə əməl edilməsi, iş yerlərinin əməyin mühafizəsi üzrə attestasiya olunması, işçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması və bu kimi digər işlərin yerinə yetirilməsinə nəzarət edir. Eyni zamanda ƏMTT şöbəsi universitetdə yanğından mühafizə qaydalarına işçilər tərəfindən əməl edilməsi üzərində də nəzarət işlərini həyata keçirir.
*
Şöbənin Əsasnaməsi

اتصال

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

هاتف

+(994) 12 492-06-51

البريد الإلكتروني

shakir.gasimov@unec.edu.az

Digər bölmələr