Hüquq şöbəsinin müdiri
Hüquq şöbəsi UNEC-in struktur bölməsidir, birbaşa universitetin rektoruna tabedir.
ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ
2.1. UNEC-in fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
2.2. UNEC-in fəaliyyətinin normativ-hüquqi bazasının yaradılması işini təşkil etmək.
2.3. Daxili normativ sənədlərin hazırlanmasını təmin etmək və onların və hazırlanmasına nəzarət etmək.
2.4. UNEC-in müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərini təşkil etmək.
2.5. UNEC-in hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək və s.
ŞÖBƏNİN FUNKSİYALARI
3.1. UNEC-in fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ-hüquqi bazanın hazırlanması və tətbiqi.
3.2. UNEC-in rəhbərliyinin təsdiqinə təqdim olunan əmrlərin, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması.
3.3. Şöbənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində universiteti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək.
3.4. UNEC-də yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə universiteti təmsil etmək, onların işində iştirak etmək və s.