Samirə Məhərrəmova  Sabir

Samirə Məhərrəmova Sabir

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi

Avesis链接
Bakı, Murtuza Muxtarov 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
1981-ci ildə mart ayının 22-də  Bakı şəhərində anadan olub.
1986-cı ildə Bakı şəhər, Yasamal  rayonu 167  saylı orta məktəbin  1-ci sinfinə daxil olaraq, 1998-ci ildə həmin məktəbi  bitirmişdir.
1998-ci ildə  Bakı  Əmtəəşünaslıq  Kommersiya İnstitutunun “Reklam işi” ixtisasına daxil olub, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinin bakalavr pilləsini, 2002-2004-cü illərdə  isə magistratura səviyyəsini bitirib.
2004-2006-cı illərdə Azərbayca Dövlət Dəmir Yolu – Tikilməkdə olan müəssisələr müdiriyyətində reklam işi üzrə  mütəxəssis kimi işləyib.
2006-cı  ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında  baş laborant kimi əmək fəaliyyətinə başlayıb. Həmçinin  baş laborant vəzifəsində çalışarkən saat hesabı dərs yükünü yerinə yetirib.
2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasında müəllim, 2019-cu ildən baş müəllim vəzifəsinə təyin olunub.
2020-ci ildən hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının 
baş müəllimi vəzifəsində çalışır.