Rəna Babayeva Fikrət
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru
Bakı, Murtuza Muxtarov 194 (III Tədris binası)
babayeva.rena@unec.edu.az
+(994) 12492-59-03 (1336)
babayeva.rena@unec.edu.az
+(994) 12492-59-03 (1336)
1986-cı ildə Bakı şəhəri 42 saylı orta ümumtəhsil məktəbini bitirib. 1986-1991-ci illərdə Bakı Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.
1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin əyani aspiranturasında təhsilini davam etdirib.

1994-1997-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda baş müəllim, 1997-2000-ci illərdə dosent vəzifəsində işləyib.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Fizika və kimya” kafedrasının dosent, 2012-ci ildən professoru, hazırda isə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professorudur.
Eyni zamanda 1991-ci ildən etibarən əvvəlcə Bakı Dövlət Universitetinin “Fiziki elektronika” kafedrasının nəzdindəki “Bərk cisim elektronikası” Elmi-Tədqiqat Laboratoriyasında, 2006-cı ildən 2008-ci ilə qədər isə Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Yarımkeçiricilər fizikası” şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb.
1995-ci ildə “İndium selenid tipli qismən nizamsız kristallarda elektron proseslərinə aşqarlanmanın təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi, 2009-cu ildə “Nadir torpaq elementləri ilə aşqarlanmış laylı quruluşlu AIIIBVI kristalları tipli qismən nizamsız yarımkeçiricilərdə və onların əsasında hazırlanmış heterokeçidlərdə elektron hadisələrinin xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası işini müdafiə edərək, fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 1998-ci ildə - dosent, 2017-ci ildə isə professor elmi adlarını alıb.
2022-ci ildən “Elektrik və elektronika mühəndisliyi” ixtisasının rəhbəridir.

1995-ci ildə ilk Respublika gənc alimlərinin müsabiqəsinin laureatı olub,
1997-ci və 2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2025-ci ildə isə Təşəkkürnamə ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibəti ilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
“Tədqiqatçı” adlarının təsis edilməsi haqqında UNEC-in 19.03.2019-cu il tarixli əmrinə əsasən 2024-cü ilin iyulunda prof. R.Babayevaya “Tədqiqatçı-professor” statusu verilib.

30.12.1969-ci ildə Bakı şəhərində anadan olub.
https://www.scopus.com/authid/detail.uri?authorId=6603642141
https://www.webofscience.com/wos/author/record/3857300
https://scholar.google.com/citations?hl=ru&user=4TVnqkYAAAAJ
https://orcid.org/0000-0002-3170-0689
https://www.researchgate.net/profile/Rena-Babaeva-2