Osman Əfəndiyev

Osman Əfəndiyev

Avesis链接
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
Əfəndiyev Osman Nəsrəddin oğlu 1941-ci il dekabrın 18-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 
Birinci Şıxlı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna (indiki Pedaqoji Universitet) qəbul olmuş, 1963-cü ildə bitirmişdir.
1963-1970-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsində məsul vəzifədə işləmişdir.
1970-1973-cü illərdə təhsilini aspiranturada davam etdirmişdir.
1973-cü ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
1973-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.
1978-1980-ci illərdə Moskva Dövlət Universitetinin doktorantı olmuşdur.
1995-ci ildə dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının məsləhətçi-professorudur.
Fəlsəfənin aktual məsələlərinə həsr olunmuş 200-dən çox məqalənin, 12 kitabın müəllifidir.