Maya Kərimova Cavanşir
«Mühəndislik və tətbiqi elmlər» kafedrasının dosenti
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
+(994) 12 492-59-03 (13-24)
01.05.1965-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur.
1972-1982-ci illərdə Bakı şəhəri 240 saylı orta məktəbdə təhsil almışdır.
1983-1999-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuş, biologiyaşünas, biologiya və kimya müəllimi ixtisası üzrə institutu bitirmişdir.

Əmək fəaliyyətinə «Kooperativ ticarətin iqtisadiyyatı» Ümumittifaq Elmi Tədqiqat İnstitutunun Azərbaycan filialında – «Kənd təsərrüfatı mallarının hazırlanması» şöbəsində baş laborant vəzifəsində başlamış, müxtəlif ali təhsil ocaqlarında (Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda – 1985, Az. Dövlət Tibb Universitetində 1985- 2001) iş fəaliyyətini davam etdirmişdir.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində assistent, 2002-ci ildən baş müəllim vəzifəsində çalışır.
Həmin ildən «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasının dissertantı olmuş, «Azərbaycan Respublikasında yuyucu vasitələr bazarının tənzimlənməsi problemləri» mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktoru (1914 -ci ildə) alimlik dərəcəsi almışdır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin «Mühəndislik və tətbiqi elmlər» kafedrasının dosentidir.

Ailəlidir. İki övladı, bir nəvəsi var.