Ana Belén   Perianes Bermúdez

Ana Belén Perianes Bermúdez

Avesis链接
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
 wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Ph.D. Ana Belén Perianes Bermúdez - İspaniyanın Gutierrez Mellado Universitetinin dosenti
Bakalavr və magistr təhsilini Basque Country Universitetində Siyasi və idarəetmə elmləri üzrə almışdır.
Doktorantura təhsilini Basque Country Universitetində İctimai hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə alan A.Bermudez "Corc Buş Administrasiyasının (2001-2008) xarici siyasətinin təhlili və onun beynəlxalq təhlükəsizlik üçün nəticələri" mövzusunda dissertasiya işini müdafiə edərək Ph.D. elmi dərəcəsinə layiq görülüb.
UNED General Gutiérrez Mellado Universitetinin Sülh, Təhlükəsizlik və Müdafiə Araşdırmaları İnstitutunun postdoktoral tədqiqatçısı olmuşdur. Tədqiqat sahəsini Ümumi təhlükəsizlik və müdafiə siyasəti; Aİ-Mərkəzi Asiya əlaqələri və Yeni İpək Yolu; Amerikanın xarici siyasəti; Qadınlar, Sülh və Təhlükəsizlik; İnsan təhlükəsizliyi və demokratik idarəetmə üzrə araşdırmalar təşkil edir. 
Bir sıra beynəlxalq layihələrin işçi qrupunun rəhbəri və üzvü olmuşdur. 
Eyni zamanda Madrid Diplomatik Məktəbinin Avropa Tədqiqatları üzrə Diplomuna malikdir.  
Tədqiqat sahəsi üzrə nüfuzlu elmi nəşrlərdə dərc olunan 50-yə yaxın elmi məqalənin müəllifidir.
Müxtəlif beynəlxalq sertifikatlı kursların və treninqlərin iştirakçısı olmuş, beynəlxalq sülh və təhlükəsizlik üzrə müxtəlif ixtisas kurslarında iştirak etmişdir.