Dissertasiya Şurası

Page Image

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi dərəcə almaq istəyən doktorantlar və dissertantlar üçün Dissertasiya şuraları fəaliyyət göstərir. 

Dissertasiya şuraları elmi tədqiqatların müdafiə olunması, qiymətləndirilməsi və müvafiq elmi dərəcələrin verilməsi

məqsədilə yaradılmış rəsmi orqanlardır.

Dissertasiya şuraları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarları əsasında yaradılır və fəaliyyət göstərir.

Dissertasiya şuralarının məqsədi: Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin keçirilməsi; Müdafiə olunmuş dissertasiyaların elmi səviyyəsinin qiymətləndirilməsi; Elmi dərəcə verilməsi üçün AAK-a rəyin təqdim olunması və s.

Dissertasiya şuraları elmi dərəcəsi və elmi adları olan tanınmış alimlərdən formalaşdırılır. Ən azı 11 üzvdən ibarət olur. Şura sədri, müavini və elmi katib tərəfindən idarə olunur.