Zarina Burkadze
Zarina Burkadze - Gürcüstanın İlya Dövlət Universitetinin Siyasi Elmlər kafedrasının dosentidir.
Bakalavr təhsilini İlya Dövlət Universitetində İngilis və Alman dilləri ixtisası üzrə, magistratura təhsilini isə Gürcüstan İctimai Əlaqələr İnstitutunda Beynəlxalq münasibətlər ixtisası üzrə almışdır.
Sürix Universitetində Siyasi elmlər üzrə doktorantura təhsili alan Z.Burkadze “Gürcüstanın demokratikləşdirilməsində rəqabət aparan xarici təsirlər və daxili koordinasiya: Aİ, NATO, ABŞ və Rusiya” mövzusunda dissertasiya işini müdafiə edərək Ph.D. elmi dərəcəsinə layiq görülmüşdür.
Tədqiqat sahəsini Rəqəmsal erada dövlət idarəçiliyi və demokratiya; Rəqəmsal İdarəetmə; Demokratiya və demokratikləşmə; Siyasi elmlər üzrə tədqiqat dizaynı; Postsovet dövlətlərində partiya siyasəti və seçki sistemləri və s. üzrə araşdırmalar təşkil edir.

Əmək fəaliyyətinə 2007-ci ildə Gürcüstan Ədliyyə Nazirliyinin Baş Prokurorluq İdarəsində tərcüməçi olaraq başlamış, 2014-2018-ci illərdə isə Soxumi Dövlət Universitetinin Sülh Araşdırmaları Mərkəzində müəllim vəzifəsində çalışmışdır.
Hal-hazırda Gürcüstanın İlya Dövlət Universitetinin Siyasi Elmlər kafedrasının dosentidir.
2013-cü ildə Tempus mübadilə proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Universitetində qonaq tədqiqatçı olaraq təcrübə keçmişdir.
2019-cu ildə Corc Vaşinqton Universiteti Elliot Beynəlxalq Münasibətlər Məktəbinin Fulbrayt proqramı üzrə təqaüdçüsü olmuşdur.

Tədqiqat sahəsi üzrə 50-yə yaxın elmi məqalənin müəllifidir.
2021-ci ildən Gürcüstan İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının təsisçisi; Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının üzvü; Gənc Hüquqşünaslar Assosiasiyasının Seçkilərin Monitorinqi və Metodologiyası üzrə siyasi eksperti; Avropa Siyasi Araşdırmalar Konsorsiumunun üzvüdür.
Gürcü, ingilis, rus, alman dillərini bilir.