Vüsalə Musayeva Hacı
“Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimi
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
vusala.musayeva@unec.edu.az
+(994) 12 492-59-03 (13-24)
vusala.musayeva@unec.edu.az
+(994) 12 492-59-03 (13-24)
1992-ci ildə Tərtər rayon 1 saylı orta məktəbi gümüş medalla bitirmişdir.
1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə həmin institutun eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq fərqlənmə diplomları ilə bitirmişdir.
2014-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun dissertantı olmuş, dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.
2000-ci ildən saathesabı dərs aparmışdır. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının müəllimi, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının baş müəllimidir.
Mühəndislik fakültəsinin Elmi Şurasının elmi katibidir.
BMDM-in 060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə yaradılmış magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibidir.
Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.

Özünütəkmilləşdirmə istiqamətində bir çox təlim, seminar və kurslarda iştirak edərək 40-dan çox beynəlxalq və yerli sertifikat, fəxri fərman və təşəkkürnamə almışdır.
UNEC-in 90 illik yubileyinin hazırlanmasında yüksək ixtisaslaşmış mütəxəssislərin xidmətlərinə əsaslanaraq UNEC rektorunun Fəxri Fərmanı ilə təltif edilmişdir.

Təvəllüd: 14.06.1975, Tərtər rayonu.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdir.
2018-ci ildə UNEC tərəfindən Türkiyənin Uludağ Universitetinə ezam olunaraq təcrübə mübadiləsində iştirak etmişdir.
AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 dekabr 2024-cü il tarixli 3-17/3-2-209/2024 saylı əmrinə əsasən Emal sənayesində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının üzvüdür
Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının üzvüdür.
Ailəlidir, bir övladı var.