Şəhla Mirzəbəyova   Saməddin

Şəhla Mirzəbəyova Saməddin

“Humanitar fənlər” kafedrasının müəllimi

Avesis linki
 Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Mirzəbəyova Şəhla Saməddin qızı 18 avqust 1967-ci il Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1984-1988-ci illərdə D.Bünidtzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Maliyyə və kredit” fakultəsinin bank işi əyani şöbəsində bitirmişdir.
1988-ci ildən təyinatla Bakı şəhəri Səbail rayonu 3538 № -li bankda baş inspektor vəzifəsində çalışmışdır.
2002-2004-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin “Sosial elmlər” kafedrasında saat hesabı qaydada fəlsəfə fənnindən dərs demişdir.

2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında baş laborant vəzifəsində çalışib, 2007-ci ildə “Fəlsəfə” kafedrasında müəllim, 2009-cu ildə “Fəlsəfə və Politologiya” kafedrasında müəllim, 2010-cu illdə “Fəlsəfə” kafedrasında müəllim, 2016-ci ildən isə “Humanitar fənlər kafedrasında müəllim vəzifəsində işləyir.
Azərbaycan Dövlət İqtisad Universitteinin 31.08.20-04.09.2020-ci il tarixlərində təşkil etdiyi “Distant təhsildə tədrisin təşkili və metodiki təminatı” təlimində iştirak etmişdir.
Hazırda “Humanitar fənlər” kafedrasının müəllimidir.
2010-cu ildən AMEA-nın Fəlsəfə İnstitutunun disertantıdır.
10-dan çox məqalənin, 5 tezisin müəllifidir.
Ailəlidir, iki övladı var.