İza  Qiqauri

İza Qiqauri

Avesis linki
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
(+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
İza Qiqauri - Gürcüstanın St. Andrey Universitetinin dosenti.
Bakalavr təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Xarici dillərin filologiyası ixtisası üzrə almış, Almaniyanın Bochum Ruhr Universitetində 1 illik tədqiqat proqramında iştirak etmişdir.
Daha sonra Hollandiya Biznes Məktəbində MBA və Amerika Humanitar Elmlər Universitetinin Tbilisi Kampusunda magistratura təhsilinə yiyələnmişdir. Doktorantura təhsilini İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Biznesin idarə olunması ixtisası üzrə alan İ.Qiqauri dissertasiya işini tamamlayaraq Ph.D. elmi dərəcəsinə layiq görülmüşdür.
Tədqiqat sahəsini Marketinq İdarəetməsi; Biznes və Marketinq Araşdırmaları; Korporativ Sosial Məsuliyyət (KSM); İnsan Resurslarının İdarə Edilməsi (HRM); Liderlik; Təşkilati Davranış; Sosial Sahibkarlıq üzrə araşdırmalar təşkil edir.
Müxtəlif illərdə Qafqaz Biznes Məktəbində müəllim, professor assistenti vəzifələrində çalışıb. Hal-hazırda St. Andrews Georgia Universitetinin dosentidir. Doktorluq və magistr dissertasiyalarının eksperti, opponenti və elmi rəhbəridir.
Emerald Publishing, Redfame Publishing, IGI Global, Frontiers və s. beynəlxalq jurnalların redaksiya heyətinin üzvü və rəyçisidir.
Bir sıra yerli və beynəlxalq konfransların məruzəçisi və iştirakçısı olub.
Tədqiqat sahəsi üzrə nüfuzlu elmi nəşrlərdə dərc olunan 150-yə yaxın məqalənin müəllifidir.
Belə ki, onun Research Gate elmi bazasında məqalə sayı 119, istinad sayı 637: Google Scholar elmi bazasında məqalə sayı 64, h-indeksi 14, i-10 indeksi 22, istinad sayı 807 təşkil edir.