Fazil Vəliyev  Əli

Fazil Vəliyev Əli

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının professoru

Avesis linki
Bakı şəhəri, Murtuza Muxtarov 194 (III Tədris binası)
+(99412) 492 59 03 (13-20)
fazil_valiyev@unec.edu.az
1950-ci ildə Gəncə şəhərində anadan olub.
1972-ci ildə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun Mühəndis-mexanik ixtisasını bitirib.
1986-cı ildə Daşkənd Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Riyaziyyat-müəllimi ixtisasını bitirib.
1976-1979-cu illərdə Daşkənd Mexanika İnstitutunun əyani aspirantı olub.
1991-1993-cü illərdə Moskva Dövlət Tekstil Akademiyası əyani doktrantı olub.
1972-1976-cı illərdə həmin institutun ”Hesablama və tətbiqi mexanika” kafedrasında laboratoriya müdiri vəifəsində çalışıb.
1976-1979-cu illərdə Daşkənd Mexanika İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1981-ci ildə Konstroma Texnoloji İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülüb.
1989-1991-ci illərdə Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunun “Hesablama və təbiqi mexanika” kafedrasında assistent, dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1981-1986-ci illərdə Daşkənd Dövlət Universitetinin riyaziyyat fakültəsinin axşam şöbəsini bitirib.
1991-1993-cü illərdə Moskva Dövlət Tekstil Akademiyasının doktranturasında əyani şöbədə oxuyub, 1993-cü ildə vaxtından əvvəl doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini alıb.
1993-2007-ci illərdə Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunun “Toxuculuq və trikotaj istehsalı” kafedrasında dosent, professor vəzifələrində işləyib.
2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının professorudur.
2015-2026-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyyasının texnika elmləri üzrə ekspert şurasının üzvü.
"Lənkəran Dövlət Universitetinin Elmi Xəbərləri. Texnika və Aqrar elmlər seriyası" Jurnalının Redaksiya heyəti üzvü.
"Technology audit and production reserves" Jurnalının Redaksiya heyəti üzvü.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Ailəlidir, bir qızı var.