Elmi-pedaqoji fəaliyyət illərində kafedranın elmi, tədris və ictimai tədbirlərində fəal iştirak etmişdir. Çoxsaylı metodiki, elmi-metodiki nəşrlərin, elmi məqalə və tezislərin müəllifidir. Kafedranın «Pul, kredit və banklar», «Pul və banklar», «Qiymətli kağızlar bazarı» kimi baza fənnləri üzrə dərsliklərin həmmüəlliflərin- dəndir. «Bank işi» dərsliyinin yazılmasında iştirak edir. Dəfələrlə kafedra üzrə yazılan dissertasiyaların rəycisi olmuşdur. Hal-hazırda doktorluq dissertasiyası üzərində çalışır.
Dəfələrlə ölkə və beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş ixtisasartırma, hazırlıq və inkişaf proqramlarında iştirak etmişdir.