10 noyabr 1958-ci ildə Gürcüstan Respublikasının Tiflis şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir. 1991-ci ildə namizədlik dissetasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1982-ci ildən 2017-ci ilə kimi “İqtisadi təhlil və audit” kafedrasında işləyib. 2017-ci ilin sentyabr ayından UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti vəzifəsində çalışır. Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.