UNEC “Cross-Cultural Club”

UNEC “Cross-Cultural Club” (“Beynəlxalq mədəniyyət klubu”) UNEC-in sosial-mədəni və iqtisadi işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alan yerli və əcnəbi təhsilalanların könüllü ictimai təşkilatıdır.

UNEC “Cross-Cultural Club”-ın vəzifələri:
• Əcnəbi və yerli təhsilalanlar arasında dostluq və həmrəylik ruhunun artırılması;
• Əcnəbi təhsilalanlara, Azərbaycanın sosial-mədəni dəyərlərinin mənimsənilməsində köməklik göstərilməsi;
• Müxtəlif səviyyəli tədbirlərin - seminar, dəyirmi masalar və konfransların, müsabiqələrin, müxtəlif sahələr üzrə olimpiadaların, diskussiya klublarının və s. tədbirlərin təşkili və keçirilməsində təhsilalanların iştirakının təmin edilməsi;

 


• UNEC “Cross-Cultural Club”-ın məqsədi təhsilalanlar arasında multikulturalizm mühiti yaratmaq və inkişaf etdirmək, müxtəlif mədəniyyətlərin xüsusiyyətlərini anlatmaq, ümümdünya təfəkkürünü inkişaf etdirmək, dünya xalqları dillərinin öyrənilməsi, təhsilalanların qlobal dünyaya açılması;
• Dünya xalqlarının adət-ənənələrinin və əsas anlayışların öyrənilməsi.

  Əsasnamə

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

Telefon

+(994) 12 497-58-71

E-posta

hmdlisaqif0@gmail.com

Digər təşkilatlar