Elnarə Rəhimova Baxşeyiş qızı

Elnarə Rəhimova Baxşeyiş qızı

Rəqəmsal iqtisadiyyat fakültəsində operator-kargüzar

Ссылка Avesis

***

Rəhimova Elnarə Baxşeyiş qızı 06 fevral 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1995-2006-cı illərdə Binəqədi rayonu N.Babayev adına 144 saylı orta məktəbi bitirmişdir.

Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Pedaqogika və psixologiya” fakültəsinə daxil olmuş, 2010-cu ildə universiteti bitirmişdir.

 

2011-ci ilin fevralın 1-dən Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında baş laborant, 2014-cü ildə “Qiymət və qiymətləndirmə” kafedrasında baş laborant, 2018-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasında, 2020-ci ildə “Humanitar fənlər” kafedrasında baş laborant vəzifəsində çalışmışdır.

2023-cü ilin avqust ayının 1-dən isə “Rəqəmsal iqtisadiyyat” fakültəsində operator-kargüzar vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.