Elmar  Sultanov  Çingiz

Elmar Sultanov Çingiz

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti

Ссылка Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
1982-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuş və 1989-ildə Yeyinti sənayesinin maşınlar və aparatlar ixtisas üzrə Mühəndis-mexanik ixtisasını almışdır.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnoloji maşınlar və sahə avadanlıqlarıkafedrasının dissertantı təyin olunmuşdur.
2007-ci ildə Azərbaycan Texniki Universitetinin nəzmində olan ixtisaslandırılmiş şurasında 05.02.01. Materialşünaslıq maşınqayırma üzrəixtisası üzrə dissertasiyasını müdafiə etmişdir və Texnika elmlər namizədi Alimlik dərəcəsinə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

1989-1990-ci illərdə Bakı Karamel fabrikasında və 1991-1994-ci illərində Baki şəhəri “Abşeron” mehmanxanasında “Qida istehsalı üzrə avadanliqlar” üzrə mühəndis vəzifəsində çalışıb.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik” fakültəsinin Mühəndislik və tətbiqi elmlər kafedrasında dosent vəzifəsində çalışır. 

Azərbaycan Dövlət İqtisad Universitetdə uzun müddətli və səmərəli əmək fəaliyyətinə görə Fəxri fərmanla təltif olunmuşdur. UNEC-də təşkil olunan yeni fənn üzrə təlim proqramında 2 fənn üzrə sertifikatın sahibidir.
2012-ci ildən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Komissiyası (TDQK) üzrə ekspert şurasının üzvü.

Ailəlidir, üç övladı və bir nəvəsi var.