UNEC-də 100-dən çox abituriyent “Açıq qapı” günündə iştirak edib

  • 08 июля 2025
  • 18

UNEC-də “Abituriyent aylığı” çərçivəsində üçüncü “Açıq qapı” günü keçirilib.

Abituriyentlərə UNEC-də, tədris və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana, tələbə startaplarına dəstək, məzunların məşğulluğu və s. barədə ətraflı məlumat verilib. 

Görüşdə abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb. Sonra iştirakçılar üçün UNEC-də infotur təşkil olunub.

İştirak etmək üçün UNEC Bot – 012 492 60 43 nömrəsinə WhatsApp vasitəsilə yazmağınız kifayətdir.

Qeyd edək ki, UNEC-də növbəti “Açıq qapı” günü 15 iyul tarixində keçiriləcək.