Zivər  Əkbərova  Azər

Zivər Əkbərova Azər

Avesis link
Ünvan: Bakı, Həsən Əliyev küçəsi, 135
Telefon: +(994) 12492-59-03 (1332)

E-mail: 
08.04.1998-ci ildə Bakı şəhərində anadan olub.
2015-ci ildə 175 saylı orta məktəbi, 2019-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsulları mühəndisliyi” ixtisasını bakalavr, 2021-ci ildə həmin universitetdə “Qida təhlükəsizliyi” ixtisasını magistr səviyyəsini bitirib.
2016-2019-cu illərdə laboratoriya avadanlıqlar təchizi, satışı və təlimi ilə məşğul olan “Akbarli General Service and Trading” şirkətində satış təmsilçisi işləyib.
2019-2020-ci illərdə “145 group” restoran şəbəkəsində Keyfiyyətə nəzarət şöbəsində Qida təhlükəsizliyi meneceri işləyib.
2020-2024-ci illərdə laboratoriya avadanlıqlar təchizi, satışı və təlimi ilə məşğul olan “A class supply chain” şirkətində Laboratoriya avadanlıqları üzrə təlimçi vəzifəsində işləyib.
2024-cü ildə “Coffeemania” restoran şəbəkəsində Keyfiyyətə nəzarət üzrə mütəxəssis işləyib.
Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində “Mühəndislik və tətbiqi elmlər” kafedrasının Azız Sancar adına “Qida təhlükəsizliyi” laboratoriyasında laborant vəzifəsində işləyir.
2016-cı ildə ISO 17025:2005 (Laboratoriya keyfiyyətinin idarə edilməsi sisteminin təməli) və ISO 9001:2015 (Keyfiyyət idarəetmə sisteminin daxili auditoru) təlimlərdə fəal iştirak edib sertifiklarla təltif olunub.
2024-cü ildə HACCP, Qida təhlükəsizliyi üçün qida məhsullarının izlənməsi, Qaz və mayə xromatoqrafiyası, Süd məhsullarının emalı və qablaşdırılması texnologiyaları təlimlərində fəal iştirak edib sertifikatlarla təltif olunub.