Əliyev Nəvai Şaxlar oğlu 1965-ci il iyun ayının 18-də Mingəçevir şəhərində anadan olmşdur.
1972-1982-ci illərdə Mingəçevir şəhər 7 №-li orta məktəbdə orta təsil almışdır.
1984-1986-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi qulluqda olmuşdur.
1986-1991-ci illərdə Taras Şevçenko adlna Kiyev Dövlət Universitetinin İqtisadİyyat fakültəsinin Siyasi iqtisad ixtisası üzrə təhsil almışdır.
1992-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin əyani aspiranturasını bitirmişdir.