+ 994 492-59-03 (1183)
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, UNEC-n I tədris binası
16 avqust 1966-cı ildə Azərbaycan Respublikasının Ağstafa şəhərində anadan olub.
1983–1987-ci illərdə Moskva Dövlət Universitetində təhsil almış, Kitabşünaslıq və kitab ticarətinin əmtəəşünaslığı ixtisası üzrə ali təhsilini başa vurub.
1987-ci ildə təyinatla Bakı şəhəri “Azərkitab” Birliyində əmtəəşünaslıq üzrə əmək fəaliyyətinə başlamış və bu sahədə ilkin peşə təcrübəsini qazanıb.
2001–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Kitab işləmə şöbəsində kitabxanaçı vəzifəsində çalışıb.
2010-cu ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin 1 saylı oxu zalının müdiri vəzifəsinə təyin edilmiş və hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.
Əmək fəaliyyəti dövründə yüksək peşəkarlığı, məsuliyyəti və səmərəli iş fəaliyyəti nəzərə alınaraq ISO 9001 sertifikatı ilə təltif olunmuş, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərman alıb.