Kəmalə   Dadaşova Seyfulla

Kəmalə Dadaşova Seyfulla

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

Avesis link
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
 kamala_dadashova@unec.edu.az
https://avesis.unec.edu.az/kamala_dadashova
1974-cü il sentyabr ayının 10-da Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuşdur.
1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Texnologiya və dizayn” fakültəsinə qəbul olunmuş, 1997-ci ildə isə həmin institutu fərqlənmə diplomu ilə bitirərək “Standartlaşdırma və sertifikasiya ixtisası” üzrə bakalavr dərəcəsi almışdır.
Həmin ildə bu institutun “Standartlaşdırma və sertifikasiya “ ixtisası üzrə magistraturasına daxil olmuş,1999-cu ildə fərqlənmə diplomu ilə bitirmişdır.
2007 – ci ildə ARDNŞ Elmi Tədqiqatlar İnstitutunun dissertanturasına dissertant qəbul olunmuşdur. 2013-cü ildə 5312.01-Sahə iqtisadiyyatı ixtisasında  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almaq üçün AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində D01.181 Dissertasiya Şurasında müdafiə etmişdir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi verilmişdir.
2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Elmi-pedaqoji fəaliyyətə görə İqtisad elmləri sahəsinin 5312.01-“Sahə iqtisadiyyatı” ixtisası üzrə dosent elmi adı verilmişdir.
1999-cu ildə Bakı Əmtəəşünaslıq – Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində işə başlamış, 2000/2002-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş laborant vəzifəsində çalışmaqla yanaşı, saathesabı dərs aparmışdır.
2002/2013 illərdə “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent vəzifəsində işləmişdir.
2013-2018 – ci illərdə  “Standartlaşdırma və sertifikasiya” kafedrasinda baş müəllim vəzifəsində işləmişdir.
2018 – ci ildən  “Standartlaşdırma və sertifikasiya” kafedrasinda dosent vəzifəsində çalışır.
2007 – ci ildə ARDNŞ Elmi Tədqiqatlar İnstitutunun dissertanturasına dissertant qəbul olunmuşdur. 2013-cü ildə 5312.01-Sahə iqtisadiyyatı ixtisasında  iqtisad üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almaq üçün AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində D01.181 Dissertasiya Şurasında müdafiə etmişdir.
2008-ci ildən “Yeni Azərbaycan Partiyasının” üzvüdür.
2013/2019-cu illərdə ADİU-da fəaliyyət göstərməklə yanaşı AMEA-nın “İqtisadiyyat İnstitutunda”  böyük elmi işçi vəzifəsində çalışmışdır.
2014/2017-ci illərdə “Dövlət Qulluğu” Komissiyası tərəfindən “Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsinə” Dövlət Qulluğuna müdavimlərin qəbulu ilə bağlı keçirilən müsahibələrdə sərbəst ekspert kimi fəaliyyət göstərmişdir.
2014-cü ildən “Metrologiya,standartlaşdırma və sertifikatlaşdırma” ixtisası üzrə magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibi vəzifəsini icra edir.
2014-cü ildən etibarən onlarla fəlsəfə doktorlarının aftoreferatlarının rəyçisi,bir fəlsəfə doktorunun apponenti olmuşdur.
Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2014-cü ildən etibarən fəlsəfə doktoru dissertasiyalarının avtoreferatlarına rəyçi, iki fəlsəfə doktorunun opponenti, çoxsaylı magistr və bakalavr buraxılış işlərinin elmi rəhbəri, habelə Qərbi Kaspi Universitetində doktorantların ixtisas minimum  imtahanlarında komissiya üzvü olmuşdur. 2019-2022-ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında əvəzçiliklə müəllim vəzifəsində çalışmış, 2022-ci ildə həmin ali məktəbdə Yekun Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur. 2023-2025-cü illərdə bir sıra ali məktəblərin “SABAH” qruplarında saat hesabı yolla dərs aparmış, eyni zamanda Qərbi Kaspi Universitetində əvəzçiliklə dosent vəzifəsində çalışmış, ADİU-da və QKU-da Yekun Dövlət Attestasiya Komissiyasının və Magistr Dissertasiyalarının Müdafiəsi  Şurasının üzvü olmuşdur.
2010-cu ildə doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirakına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sertifikatı ilə təltif olunmuşdur. Bundan başqa müxtəlif illərdə onlarla “özünü inkişaf” təlimlərinin iştirakçısı olmuş və sertifikatlara layiq görülmüşdür.
2017 -ci ildə  Certificate Paris-Sorbonne University Abu Dhabi confirms that Has attended the “Class Management and developing training skills of UNEC professors” Course.2019-cu ildə elmi-pedaqoji fəaliyyətində fərqləndiyi üçün ADİU-nun rektorunun “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
2021-ci ildə Yıldız Texnik Universitesi sürekli eğitim ve araştırma merkezi tarafından sertifikatla təltif olunmuşdur.
2022-ci ildə UNEC-də təşkil olunan yeni fənn üzrə təlim proqramında 2 fənn üzrə sertifikatın sahibi olmuşdur.
2022-ci ildə UNEC-də israilli təlimçlər tərəfindən keçirilən “Təlimçilərin Təlimi -Soft Skills” təlim proqramını uğurla bitirib. 2022-ci ildə İsrailin Soft Skills Instructor təlim sertifikatının sahibi olmuşdur.
2024-cü ildə UNEC-də təşkil olunan „Digital Skills“ təlim proqramını uğurla başa vurmuşdur  və sertifikata sahib olunmuşdur.
2024-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunmuşdur.
44 günlük Azərbaycan “Vətən” müharibəsi zamanı müntəzəm olaraq Şəhid ailələrinin və Qazilərimizin evlərində olmuşdur və öz maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Eyni zamanda Qardaş Türkiyə dövlətində baş verən zəlzələ zamanı zəlzələdən ziyan çəkmiş insanlara yardımlar edilməsində də yaxından iştirak etmişdir.
2024-cü ildə “Vedibasar” qəzetinin №13-14(516-517) 01 saylı buraxılışında “Tərəqqi” medalı laureatı Nəsibə xanım İsrafil qızının müəllifliyi ilə Kəmalə Seyfulla qızı Dadaşovaya həsr olunmuş “Vətənpərvər müəllimənin ömür yolu” adlı məqalə dərc olunmuşdur.
Ailəlidir, iki övladı var.