Aynur Babaşlı Əmirxan
"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
+(994) 12 492-59-03 (13-24)
2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin bakalavr pilləsini fərqlənmə diploma ilə bitirmişdir.
2006-cı ildə Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin “Mikrobiologiya” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitunun əyani aspiranturasına daxil olmuş, 2010-cu ildə “Orta və Cənubi Xəzərin Azərbaycan sahillərindən ayrılmış bakteriyaların fenolları deqradasiya etmə qabiliyyətinin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2018-ci ildən ARETN-nin Mikrobiologiya İnstitutunda elmlər doktoru hazırlığı üzrə dissertantdır.

2010-2013-cü illərdə AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
2013-cü ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida məhsulları texnologiyası” kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

2012-ci ildə “Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorqanizmlərlə aşağı temperaturda neft və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı fondunun elan etdiyi “Gənc Alim və Mütəxəssislərin 1-ci Qrant müsabiqəsi”-ində qalib gəlmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun elan etdiyi “Elm–Təhsil İnteqrasiyası” qrant müsabiqəsində «Azərbaycan regionlarında istehsal olunan südün mikrobioloji təhlükəsizliyi prinsipləri» adlı qrant layihəsi qalib gəlmişdir.
2018-ci il Müəllimlər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2018-ci ildə UNEC, Azərbaycan Əlil Təşkilatları İttifaqı, Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi və Dünya Əngəllilər Vaqfının birgə təşkilatçılığı ilə keçirdiyi “İnklüziv Təhsil” adlı təlimdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur.
2022/2023-cü ildə UNEC-də “SOFT SKİLLS” təlimlərində iştirak etmiş və fərqlənmə sertifikatı qazanmışdır.
2023/2024-cü ildə UNEC-də “DİGİTAL SKİLLS” təlimlərində iştirak etmiş və fərqlənmə sertifikatı qazanmışdır.
Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda və simpoziumlarda elmi məqalələrlə çıxış etmiş və müxtəlif diplomlarla təltif olunmuşdur.

Ailəlidir, 2 oğul övladı var.