Aydın  Abdullazadə Seyfulla

Aydın Abdullazadə Seyfulla

 Bakı, İstiqlaliyyət, 6
Telefon: +(994) 070 242 90 10
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot iqtisad” fakultəsinə daxil olaraq maliyyə-mühasibat ixtisasını bitirmişdir.
1998-ci ildən oxuduğu İqtisad Universetinin nəşriyyat şöbəsində əmək fəaliyyətinə başlamışdır.
Sonralar Elm şöbəsində inspektor vəzifəsində işini davam etdirmişdir.
Hal-hazırda Elmi fəaliyyətin təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.

Universitetin demək olar ki, bütün tədbirlərinin işıqlandırılması üçün lazım olan dizaynların hazırlanmasında birbaşa iştirak edir.
Uzun illər Azərbaycan Universal Döyüş Federasiyasında baş katib vəzifəsini icra etmişdir.
2019-cu ildə Avropa Universal Döyüş Federasiyasına Baş katib seçilmişdir.
“B” kateqoriyalı Beynəlxalq dərəcəli Hakim statusuna yiyələnmişdir.

Elmi məqalələrin siyahısı: Scholar Google 

1) “Heydər Əliyev – dahi şəxsiyyət, fenomen siyasətçi və Ümummilli Lider” – (Dövlət Təhlükəsizlik Akademiyasında keçirilən “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika konfransın materialları” Bakı, 2023);

2) “Süni intellektin insan əməyində rolu” (Gəncə, 2023);

3) “E-Karabakh and beyond: Revealing the Digital Landscapes in Azerbaijan’s Liberated Territories” (AGORA Int’l J. Jurid. Sci., 2023);

4) Beynəlxalq əhəmiyyətli yarışların Azərbaycan iqtisadiyyatında rolu və kütləvi idman” (UNEC Respublika Elmi konfransının materialları, Bakı, 2019),

5) “Azərbaycanda müasir vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri” (Bakı, UNEC elmi xəbərləri, 2019)

2025-ci il
“Əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə” - FƏXRİ FƏRMAN

  1. “UNEC Məzun Günü – 2025” təşkilidə fəal iştirakına görə - TƏŞƏKKÜRNAMƏ
  2. “UNEC – 95” illiyinə görə - FƏXRİ FƏRMAN

*
2024-cü il
TS EN İSO 9001:2015 Kalite Yönetim Sistemi İç Tetkik Eğitimi – TSE SERTİFİKATI

  1. “UNEC Məzun Günü-2024”ün təşkilidə fəal iştirakına görə - TƏŞƏKKÜRNAMƏ
*
2022-ci il
  1. “SOFT SKILLS” kurslarının nəticəsində FƏRQLƏNMƏ DİPLOMU
  2. 10th ICLTIBM – “Yaşıl iqtisadiyyat, yaşıl idarıetmə və Liderlik” Beynəlxalq konfransının təşkilində fəal iştirakına görə - “CERTIFICATE OF APPRECIATION”
  3. “8 NOYABR – ZƏFƏR GÜNÜ” və “ŞUŞA İLİ” Ümumrespublika məqalə müsabiqəsinin keçirilməsində göstərdiyi texniki dəstəyə görə - TƏŞƏKKÜRNAMƏ

*
2019-cu il
“Azərbaycanən ÜTT-yə üzvlüyünə və ticarət siyasətinin qurulmasına dəstək verən akademik fikirlər” Tədbirində fəal iştirakına görə - SERTİFİKAT

  1. “AĞILLI KÖRPÜ” layihəsi çərçivəsində “ELM ÜZRƏ İNKİŞAF TƏLİMLƏRİ” – SERTİFİKAT
  2. Gənc tədqiqatçılar arasında “Open Science təcrübəsinin təbliği” adlı çərçivəsində “Open Science: Azerbaijan”- konfrans və seminar – SERTİFİKAT
  3. “DELOITTE: Təlim sessiyasında – SERTİFİKAT
  4. PENNSYLVANİA Universitetinin “KARYERA” inkişafı üçün ingilis dili kursunda – SERTİFİKAT
​​​​​​​*
2018-ci il
  1. 11.04.2018 və 09.10.2013-cü illərdə keçirilən Prezident seçkilərində fəal iştirakına görə Mərkəzi Seçki Komissiyası tərəfindən XÜSUSİ TƏŞƏKKÜRNAMƏ


Universal döyüş idman növü üzrə Azərbaycan və Bakı birinciliklərinin qalibi olmuş, 2008-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş idman növü üzrə Beynəlxalq Turnirin gümüş medal mükafatçısı, 2009-cu ildə isə Avropa çempionatının bürünc medal mükafatına layiq görülmüşdür.