“Riyaziyyat və statistika” kafedrasının müdiri, prof.
Kafedranın əsas məqsədi tələbələrə riyazi düşüncə tərzini və statistik təhlil bacarıqlarını aşılamaqla peşəkar kadrlar hazırlamaqdır.
03.02.2020-ci il tarixində UNEC-in “Riyaziyyat” və “Statistika və ekonometrika” kafedraları birləşdirilərək “Riyaziyyat və statistika” kafedrası təşkil edilib. Kafedranın müəllimləri tərəfindən iqtisadçılar üçün riyaziyyat üzrə onlarla dərs vəsaiti, metodik vəsait və proqram hazırlanmış və çap edilmişdir. Bir sıra xarici müəlliflərin dərslikləri kafedranın müəllimləri tərəfindən azərbaycan dilinə tərcümə edilmiş, elmi tədqiqat işləri riyaziyyat və mexanika üzrə nüfuzlu jurnallarda çap edilmişdir.
“Riyaziyyat və statistika” kafedrası Rusiya Cənub Federal Universitetinin (keçmiş Rostov Dövlət Universiteti) riyaziyyat, mexanika və kompüter elmləri fakultəsi və Don Texniki Universitetinin “Riyaziyyat” və “Mexanika” kafedraları, Rusiyanın Plexanov adına Rusiya iqtisad Universitetinin “Situasiya mərkəzi”, Türkiyyənin Sakarya Universitetinin “Ekonometri” bölümü, Türkiyyənin İstanbul Universitetinin “Ekonometri” bölümü ilə əməkdaşlıq edir.