Szilvia  Kovacs

Szilvia Kovacs

رابط Avesis
İstiqlaliyyət 6, AZ 1001, UNEC-in Əsas tədris korpusu
 (+994) 70 242 90 10
wrc@unec.edu.az ; nargiz_hajiyeva@unec.edu.az
Szilvia Kovacs – Macarıstanın Dunaújváros Universitetinin doktorantıdır.
İlk ali təhsilini 1999-2004-cü illərdə Macarıstanın Széchenyi István Universitetində “İqtisadiyyat” ixtisası üzrə, 2-ci ali təhsilini 2004-2008-ci illərdə Macarıstanın Eötvös Loránd Universitetində “Sosiologiya” ixtisası üzrə alıb.
2012–2020-ci illərdə Avstriyanın Vyana Texnologiya Universitetinin Sosiologiya və İqtisadiyyat elmləri üzrə doktoranturasında təhsil almışdır.
2018- ci ildən Macarıstanın Dunaújváros Universitetinin, həmçinin 2021- ci ildən Széchenyi István Universitetinin Regional və İqtisadiyyat
elmləri üzrə doktorantıdır.
S.Kovacs 2007–2008-ci illərdə Budapeştdə CEGEDIM HUNGARY LTD. şirkətində bazar araşdırmaçısı, 2008–2009-cu illərdə İsveçin CEGEDIM SWEDEN AB şirkətində bazar analitiki, 2009–2012-ci illərdə Macarıstan Elmlər Akademiyasının İctimai Elmlər Tədqiqat Mərkəzində kiçik elmi işçi, 2012–2016-cı illərdə Avstriya Elmlər Akademiyasında kiçik elmi işçi, 2016–2018-ci illərdə Macarıstanın FÜLEP EDUCATION LTD. şirkətində sosial-iqtisadi ekspert vəzifələrində çalışıb.
2010-cu ildən Macar Qadınları Elmdə Təşkilatının üzvüdür. Macar, ingilis, alman dillərini bilir.