Sevinc Həmzəyeva Məhəmməd
UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru
qidakolleci@mail.ru
qidakolleci.edu.az
(+994 12) 323-84-44
Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi, 73
Təvəllüd: 5 sentyabr 1983, Cəbrayıl rayonu, Mahmudlu kəndi
*
2009-cu ildə Bakı Qızlar Universitetinin Tarix və İctimaiyyət fakültəsini bitirib.
2021-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politalogiya ixtisasına daxil olub və fərqlənmə diplomu ilə bitirib.
2002–2004-cü illərdə İmişli rayon Sabir adına Mədəniyyət Evinin dərnək rəhbəri;
2004–2011-ci illərdə Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi;
2015–2017-ci illərdə Bakı Qida Sənayesi Kollecində tarix müəllimi və “İqtisadiyyat, ekspertiza və servis” şöbəsinin müdiri;
2016–2017-ci illərdə Bakı Qida Sənayesi Kollecində tədris işləri üzrə direktor müavini;
2017–2020-ci illərdə Bakı Qida Sənayesi Kollecində “Qida ekspertizası” şöbəsinin müdiri;
2020–2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində “Qida ekspertizası” şöbəsinin müdiri;
2022–2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini;
2024-cü ilin iyun ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecinin direktoru.
Ailəlidir, iki qız övladı var.